AZ

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Naxçıvan, 7 may, AZƏRTAC

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdədir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Vəkil Bürosunda pulsuz hüquqi yardım aksiyası keçirilib.

Aksiyadan əvvəl nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında son illər yaradılmış şəraitlə tanış olublar.

Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası tərəfindən Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, inzibati cərimələr, mülkiyyət hüququ, ailə münasibətləri, əmək mübahisəsi və digər sosial məsələlərlə bağlı olub.

Xatırladaq ki, Şərur rayon Vəkil Bürosunda da pulsuz hüquqi yardım aksiyası keçirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5
Mənbələr
Şərh ()
Bağla