AZ

BOKT "Viator Mikrokredit Azərbaycan"ın gəlirləri və mənfəəti artıb - 2023-CÜ İLİN HESABATI

BOKT "Viator Mikrokredit Azərbaycan" MMC 2023-cü ili 593 min 639 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 148 min 701 manat xalis mənfəət ilə bağlamıdşı. Beləliklə, ötən il "Viator Mikrokredit Azərbaycan"ın xalis mənfəəti 4 dəfədən çox artıb.

Marja.az BOKT "Viator Mikrokredit Azərbaycan" MMC-nin 2023-ci ilin sonuna olan maliyyə və audit hesabatına istinadən xəbər verir ki, "Viator Mikrokredit Azerbaycan"ın faiz gəlirləri 2022-ci ildə 1 milyon 521 min manat ikən, 2023-cü ildə 1 milyon 805 min manata yüksəlib.

Ötən il BOKT "Viator Mikrokredit Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 847 min manat və ya 29,5% artaraq 31 dekabr 2023-cü il tarixində 8 milyon 112 min manata yüksəlib. 

BOKT "Viator Mikrokredit Azərbaycan" MMC-nin 2023-ci ilin sonuna olan maliyyə və audit hesabatı ilə aşağıda tanış ola bilərsiniz.

BOKT Viator Mikrokredit Azərbaycan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla