AZ

Tofiq Yaqublunun türmədən göndərdiyi ismarışa İsa Qəmbərdən sərt cavab – FOTO

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu həbsxanadan İsa Qəmbərə təbrik göndərib. Bu haqda T.Yaqublunun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib. O, atasının həmin təbrik mesajını feysbuk səhifəsində paylaşıb.

Sitat: “Atam zəng etmişdi. Müsavat Partiyasının 11-ci qurultayı münasibəti ilə bütün müsavatçıları və Müsavat Partiyasının yenidən başqanı seçilmiş İsa Qəmbəri təbrik etdi”.

İsa Qəmbərin cavabı özünü gecikdirməyib.

Belə ki, Müsavat Partiyanın başqanı İsa Qəmbər paylaşımın altından Tofiq Yaqublunun bu tikanlı ismarışına sərt cavab verib:

“Təbrikə görə Tofiq bəyə və sizə təşəkkür edirəm. Tofiq bəy azadlığa çıxsın, kimin səhv, kimin düz etdiyini danışarıq”,- deyə qeyd edib.

Zaira Akifqızı

Mənbə: globalinfo.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla