AZ

Qəhvə içmək ən çox hansı xərçəngə -səbəb olur?



Qəhvənin mədəaltı vəz xərçəngi yaratması barədə alimlər çox danışır.


“Medicina” xəbər verir ki, məşhur rusiyalı həkim Aleksandr Myasnikov qəhvənin belə bir təsirə malik olmasına aydınlıq gətirib:


“Bunu ciddi qəbul etmək olmaz.

Əksinə, qəhvənin rəsmi,elmi olaraq xərçəng əleyhinə təsir etdiyi sübut olunub.


Müntəzəm olaraq 2 fincan qəhvə içmək qaraciyər sirrozu riskini 2 dəfə salır.
Qaraciyərlə qəhvənin bir-birinə yaxın olduğunu nəzərə alsaq, qəhvənin ona zərər edəcəyini düşünmək olmaz.

Şəkərsiz, qatqısız təbii qəhvə antioksindantlarla zəngindir, sərbəst radikallar və iltihabla effektiv mübarizə aparır.

Qəhvə içmək qaraciyər, dəri, süd vəzi, prostat vəz və bağırsaq xərçəngi riskini azaldır.

Gündə 2-3 fincandan artıq içmək olmaz. Qəhvədə olan polifenolların digər faydaları da çoxdur.

Ümumiyyətlə, qidaları faydalı, zərərliyə bölməyə çox önəm verməyin. Əsas məsələ keyfiyyət və saya önəm verməkdir”.


Aygün Musayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
Mənbələr
Şərh ()
Bağla