AZ

“Həkimlərimizi tanıyaq!” rubrikası: Uzman həkim İsmayıl Nəcəfəliyev

Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti qonağı Qobustan Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı, uzman həkim İsmayıl İbrahim oğlu Nəcəfəliyevdir.
 
O, ali təhsilini 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetində I Müalicə-proflaktika fakültəsində alıb. Universiteti bitirdikdən sonra 1 nömrəli Azərbaycan Tibbi Klinik Mərkəzində ümumi cərrahiyyə üzrə internatura keçərək həkim-cərrah ixtisasına yhiyələnib. Türkiyənin Hacettepe Universiteti Tibb fakültəsinin Ümumi cərrahiyyə şöbəsində 2011-2016-cı illərdə uzmanlıq təhsili alıb.
 
İsmayıl Nəcəfəliyev əmək fəaliyyətinə 2016-cı ildə Zəfəran Tibb Mərkəzində Cərrahiyyə şöbəsinin müdiri olaraq başlayıb və 2019-cu ilədək tibb mərkəzində fəaliyyət göstərib. O, 2019-2023-cü illərdə Afif Ümumi Xəstəxanasında ümumi cərrahiyyə mütəxəssisi kimi çalışıb.
 
Hazırda Respublika Klinik Xəstəxanası ilə yanaşı, Qobustan Rayon Mərkəzi Xəstəxanasında da uzman həkim-ümumi cərrah olaraq fəaliyyətini davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla