AZ

Yağışlı, küləkli havanın səbəbi AÇIQLANDI

Bir neçə gündür havaların dəyişkən keçdiyinin şahidi oluruq. Paytaxtda güclü külək əsir, yağış yağır. Bölgələrdə də mənzərə eynidir. Bəzi dağlıq ərazilərə isə qar yağıb.

Ekoloq Ənvər Əliyev may ayında müşahidə olunan qeyri-sabit havanın səbəblərini Demokrat.az-a açıqlayıb:



“May ayı keçid dövrüdür. Ona görə də havaların dəyişkən keçməsi təəccüblü deyil. Mayda belə havalar çox olub. Ölkə ərazisinə yağıntılar daha çox yazın sonu, yayın əvvəli düşür. Havanın birdən-birə dəyişməsini iqlim dəyişikliyinə bağlayanlar var. Amma bunun iqlim dəyişikliyi və ya istiləşmə ilə heç bir əlaqəsi yoxdur”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla