AZ

Su hövzələrində təhlükəsizlik hansı səviyyədədir? — AÇIQLAMA

Bakı şəhərinin Qaradağ, Sabunçu, Binəqədi və Suraxanı rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirilib. Yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar verilib. Su hövzələrində təhlükəsizlik nə dərəcədə təmin olunur? Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, su hövzələri, çaylar, göllər, kanallar və çimərliklərdə təhlükəsizlik məsələsi hər zaman ön planda olub:

“Xüsusilə yay aylarında, yəni insanların sərinləmək üçün çiməliklərə getdiyi bir vaxtda bu təhlükə daha da böyüyür. Ona görə də müvafiq dövlət qurumlar tərəfindən su anbarları, çimərliklər, kanallar və süni göllərdə təhlükəsizlik məsələsinə diqqət edilməldir. Vətəndaşlar bilməlidirlər ki, çimmək üçün nəzərdə tutulmayan yerlərdə çimmək olmaz.  Bu onların həyat və sağlamlığı üçün təhlükəlidir. Yalnız çimərlik üçün ayrılmış sahələrdə çimmək lazımdır. Suya gəmi, katamaran, üzmək üçün nəzərə tutulan vasitələri icazəsiz salmaq olmaz. Təhlükəsizlik  qaydalarına mütləq ciddi riayət edilməlidir ki, bədbəxt hadisələr olmasın”. 

Ekspert bildirib ki, digər bir məsələ isə çimərlik sahələrindəki obyektlərlə bağlıdır: 

“İnsanların rahat, sağlam, təhlükəsiz istirahəti üçün şərait yaradılmalıdır. İnsanların həyat və sağlamlığı üçün hər hansı bir risk olmamalıdır. Bunun üçün çimərlik ərazisi xilasedicilərlə təmin olunmalıdır. Günün qaranlıq saatı çimərliyə girmək olmaz. Həmçinin spirtli içi qəbul etdikdən sonra suya girmək olmaz. Gecə vaxtı və günün qızmar saatlarında da çimərliyə getmək olmaz. Müəyyən olunmuş əraziləri keçməmək lazımdır. Təəssüflər olsun ki, hər il yay mövsümündə çimərlikdə boğulma xəbərləri eşidirik. İnsanlar çimərliklərdən istifadə qaydalarını bilməli və çox diqqətli olmalıdırlar”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla