AZ

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Güclü külək və leysan yağışları Gürcüstanın bir çox ərazilərində, eləcə də paytaxt Tbilisidə ciddi problemlər yaradıb.


AZƏRTAC xəbər verir ki, paytaxt Tbilisinin Qldani rayonunda külək ağacları aşırıb. Avtomobillərə və evlərə ciddi ziyan dəyib.


Tbilisi meriyasının yaydığı məlumatda deyilir ki, paytaxt ərazisindən keçən Qldanula çayı məcrasından çıxıb və nəticədə Qldani rayonunda evlərin birinci mərtəbələrini, ictimai-iaşə obyektlərini, həyətyanı sahələri su basıb. Yol infrastrukturuna da ciddi ziyan dəyib.


Yağışların törətdiyi fəsadlar bununla bitməyib. Gürcüstanın qərbində bəzi ərazilərdə də çaylar məcrasından çıxıb, əraziləri sel suları basıb.


Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobi hissəsində torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar bütün növ avtomobillərin hərəkəti qadağan edilib.


Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, avtomagistralın həmin hissəsində güclü torpaq sürüşməsi ehtimalı var.


Hazırda yolda Azərbaycan, Ukrayna, Ermənistan, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrə məxsus çoxlu sayda yük və minik avtomobili var. Avtomobillərin böyük əksəriyyəti Ermənistana məxsusdur.


Qeyd edək ki, mayın 7-də gecə ərzində Tbilisiyə güclü yağış yağıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22583
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14285
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11253
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
10967
Helikopterin qalıqları tapılıb
8188
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7810
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6774
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6630
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5041
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4036
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
3758
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3604
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3459
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2730
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2032
Azərbaycan nefti ucuzlaşdı
1562
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
1349
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1318
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1311