AZ

Gündəlik baş barmaq boyda kolbasa yeyə bilərsiz- Həkim

Kolbasa, sosis sağlamlıq üçün heç bir faydası olmayan, əksinə kanserogen qidadır.


“Medicina” xəbər verir ki, endokrinoloq Olqa Çuxaçeva özünüzə zərər vermədən gündə yalnız çox kiçik dilim kolbasa yeyə biləcəyinizi deyib:


“Kolbasada olan doymuş yağlar, rəng, əlavələr ürək-damar, mədəaltı vəz, qaraciyər üçün zərərlidir.


Idealda doymuş yağlar gündəlik kalorinin 10% faizini təşkil edə bilər.
Bu isəbaş barmaq olçüsü deməkdir. Yəni sizbaş barmaq boyda sala, kolbasa və ya kərə yağı yeyə bilərsiz.


İnsanın doymuş yağlara həyati tələbatı yoxdur, çünki orqanizm özü onu daxilində sintez edir.

Amma tam imtina etmək də olmaz, çünki o yağda, xüsusən balıq yağında qiymətli, faydalı maddələr var”.


Aygün M

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla