AZ

Vitor Roke “Barselona”dan ayrılır - Agenti açıqladı

“Barselona”nın gənc braziliyalı hücumçusu Vitor Roke yeni mövsümdə Kataloniya təmsilçisinin formasını geyinməyəcək.

Arena.az xəbər verir ki, futbolçunun agenti Andre Küri hücumçunun oyun təcrübəsi almadığı təqdirdə Kataloniya klubundan ayrılacağını bildirib.

Kürinin bu barədə fikirlərini təqdim edirik: “Biz digər klubların əvəzinə Vitorun iki dəfə çox qazana biləcəyi “Barselona”nı seçdik. “Barselona” onun qala bilməyəcəyinə qərar versə, onu satacaqlar. Bir çox klublar Roke ilə maraqlanırlar. Əgər o, “Barsa”da oynamasa, karyerasını davam etdirmək üçün başqa seçimləri düşünməli olacağıq”, deyə futbolçunun agenti vurğulayıb.

Xatırladaq ki, “Barselona” Vitor Rokeni “Atletiko Paranaense”dən 40 milyon avro müqabilində transfer edib. Kataloniya nəhəngi Roke ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Barselona” gənc istedadın təzminat haqqını 500 milyon avro məbləğində təyin edib ki, bu da fantastik bir məbləğdir.

Vitor Roke böyük futbola “Amerika Mineyro” və “Kruzeyro”nun futbol məktəblərindən keçərək gəlib. 2022-ci ilin aprelində “Kruzeyro” Rokeni 4,7 milyon avro müqabilində “Atletiko Paranaense”yə transfer edib. Burada Roke səviyyəsini artıraraq, adından söz etdirib.

Bu mövsüm Roke “Barselona”nın heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 2 qol vurub.

Roke klub səviyyəsində hələ qənimət qazanmayıb.

Vitor Roke 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, meydanda 25 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Roke Braziliyanın U-20, U-23 yığmalarında oynayıb. U-20 yığması ilə Roke Cənubiamerikan Çempionatının qalibi olub və həmin yarışın 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla