AZ

ABŞ bu şəxsi tapana 10 milyon dollar vəd etdi

ABŞ haker qrupunun başçısı Dmitri Xoroşevin saxlanmasına kömək edəcək məlumatlar üçün 10 milyon dollar ödəməyə hazırdır.


Sfera.az xəbər verir ki, adıçəkilən rusiyalı öz qurbanlarınq 500 milyon dollar ziyan verən "LockBit" haker qrupuna rəhbərlik etməkdə ittiham olunur.


ABŞ Ədliyyə Departamentinin məlumatına görə, 31 yaşlı Xoroşev “Nyu Cersi Rayon Məhkəməsində böyük münsiflər heyəti tərəfindən 26 maddə üzrə” ittiham olunur. Dövlət Departamenti rusiyalının həbsinə gətirən məlumat üçün 10 milyon dollara qədər mükafat ödəməyə hazırdır.
 

İttihamlara görə, Xoroşev təxminən beş il ərzində 120 ölkədə 2,5 mindən çox qurbana hücum edən və ən azı yarım milyard dollar pul alan "LockBit" haker-qəsbçilər qrupunu yaradıb və ona rəhbərlik edib.

İnci
sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla