AZ

Qırğızıstan-Tacikistan sərhədində atəş açıldı

Bu gün Qırğızıstanla Tacikistan sərhədində atəş açılıb.


Sfera.az xarici KİİV-ə istinadən xəbər verir ki, Qırğızıstan sərhəd xidmətinin məlumatına görə, yerli vaxtla saat 12:20 radələrində Batken vilayətinin Leylekski rayonunun Ak-Bosoy kəndi yaxınlığında Qırğızıstan sərhədçiləri Qırğızıstan ərazisində 250-300 metr dövlət sərhəd xəttindən mal-qara otaran Tacikistan vətəndaşlarını görüblər. 



“Tacikistan vətəndaşları Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar. Çobanlardan biri Qırğızıstan sərhəd naryadı istiqamətində 2-3 atəş açıb”, - deyə sərhəd xidmətinin məlumatında deyilir.


Vəziyyəti gərginləşdirməmək üçün Qırğızıstan Respublikasının sərhədçiləri havaya xəbərdarlıq atəşi açıb, bundan sonra çobanlar Tacikistan ərazisinə qaçıblar.



Sərhəd Qoşunları İdarəsindən dəqiqləşdirilib ki, yaxın vaxtlarda tərəflərin sərhəd mühafizə nümayəndələrinin görüşü olacaq. İndi Qırğızıstan-Tacikistan regionunda vəziyyət sabitdir.


İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla