AZ

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

Hindistan istehsalçısı "Tata Electronics" qlobal yarımkeçiricilər bazarına daxil olub. 

Valyuta.az xəbər verir ki, bu barədə “Economic Times” məlumat yayıb.

Şirkət ABŞ, Yaponiya və bir sıra Avropa ölkələrindən olan tərəfdaşları ilə birgə istehsal edilən mikrosxemlərin məhdud partiyasını ixraca göndərib.

“Yarımkeçiricilər telekommunikasiya və elektrik nəqliyyat vasitələri kimi sahələrdə geniş istifadə olunur. Əgər biz bu seqmentlərdə istifadə olunan çiplərin hazırlanmasına və istehsalına diqqət yetirsək, Hindistan çip sahəsində dünya lideri olacaq və onları ixrac edə biləcək”, deyə respublikanın rabitə, elektronika və rəqəmsal texnologiyalar naziri Aşvini Vaishnava bildirib.

Bəzi çip modelləri hələ də pilot mərhələdədir. Kommersiya istehsalı 2027-ci ilə planlaşdırılır. Yarımkeçiricilər Hindistanın Qucarat əyalətində "Tata Electronics" və "American Micron Technology" şirkətlərinin birgə yeni zavodunda istehsal olunacaq.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla