AZ

Cinsi infeksiyalar məişət yolu ilə necə keçir?

Cinsi yolla keçən bəzi infeksiyalara məişət yolu ilə də yoluxmaq olur. Ona görə də bu infeksiyalara yeniyetmələrdə və uşaqlarda da rast gəlmək mümkündür.


“Medicina” xəbər verir ki, veneroloji dispanserin həkimi İrina Avdeyeva cinsi yolla keçən 30-dan çox infeksiyanın olduğunu bildirib.


“90% hallarda yoluxma sperm, cinsiyyət yolları və infeksiyalı qan vasitəsilə baş verir.

Amma şəxsi gigiyena qaydalarına da ciddi əml etmək lazımdır, bir ailə üzvündə xəstəlik varsa, digərləri qorunmalıdırlar, çünki cinsi infeksiyalar məişət yolu ilə də bulaşa bilir.

İnfeksiya törədiciləri mikroskopik dəri zədələnmələri, yaralar, çatlar və selikli qişalardan, alt paltarından da düz bağırsağa, eləcə də ağız suyu ilə ağız boşluğundan keçə bilər.


Cinsi infeksiyalara yoluxduğunuzun əlamətləri:

-Anus və cinsi orqanlar nahiyəsində yanma, qaşınma, göynəmə
-Tez-tez ağrılı sidik

-Cinsiyət yollarından kəskin qoxulu axıntılar
-Cinsiyyət üzvlərinin qızarması, səpməsi
-Dəridə qaşınma

-Ağızda, dodaqda sızanaq, səpki, yaralar
-Qasıq nahiyədə ağrı, limfa düyünlərinin böyüməsi
-Cinsi akt zamanı güclü ağrı, axıntı

-Menstruasiyadan kənar qanlı axıntı

Veneroloji xəstəliklərin inkubasion dövrü:

3-4 həftədir, hətta yoluxmanın ilk ayında analizlər təmiz çıxa bilər.
Ən çox xəstəlik törədən patogenlər: sifilis. Qonoreya, xlamidioz, trixomoniazdir.

Digər 4 infeksiya – hepatitlər, VİÇ, QİÇS və papilomma viruslardır və uzun müddət orqanizmdə qalır, tam müalicəsi yoxdur”.


Aygün Musayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
Mənbələr
Şərh ()
Bağla