AZ

Obameyanq: “Mən də onlar kimi çox pul qazana bilərdim”

Marsel “Olimpik”inin hücumçusu Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanı klubundan aldığı təklifdən imtinanın səbəbini açıqlayıb.

Arena.az Obameyanqın bu barədə fikirlərini təqdim edir:

“Mən Səudiyyə Ərəbistanında Sadio Mane, Kərim Benzema və ya başqaları kimi çox pul qazana bilərdim. İmkanım vardı. Təklif almışdım. Hər yay olduğu kimi, atamla birlikdə vəziyyəti qiymətləndirdim və öz-özümə “yox, bu mənim üçün deyil” dedim”.

Xatırladaq ki, Obameyanq “Milan” futbol akademiyasının yetirməsidir. Qabonlu hücumçu karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi”də çıxış edib.

Obameyanq Marsel “Olimpik”inə 2023-cü ilin iyulunda azad agent qismində “Çelsi”dən keçib. Qabonlu hücumçunun Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Obameyanq Marsel klubunun heyətində 47 oyuna çıxıb, 27 qol vurub, 11 məhsuldar ötürmə verib.

Pyer-Emerik 2009-cu ilin martında debüt etdiyi Qabon yığmasının heyətində 74 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə verib. Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan öz vətəni Qabonun xeyrinə seçim edib.

“Transfermarkt” internet-portalı 34 yaşlı qabonlu hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla