AZ

Zərdabda avtomobil aşıb, sürücü ölüb

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Zərdab-Mollakənd yolunun Şəftəhal kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Benz" markalı avtomobil qarşısına çıxan iri buynuzlu heyvanı vurub.

Zərbənin təsirindən idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarına aşıb.

Nəticədə sürücü, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Xəyal Paşayev ölüb.

Fakt araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
3
Mənbələr
Şərh ()
Bağla