AZ

ABŞ və Ukrayna müdafiə nazirləri Kiyevin silah ehtiyaclarını müzakirə ediblər

ABŞ müdafiə naziri Lloyd Ostin və onun ukraynalı həmkarı Rustem Umerov Kiyevin silah təchizatına ehtiyacını müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Ostin və Umerov telefon danışığı zamanı döyüş meydanındakı son hadisələrə toxunub, həmçinin Ukraynanın hərbi dəstəyə ən aktual ehtiyaclarını müzakirə ediblər.

Bundan əlavə, departament rəhbərləri Kiyevə verilən 1 milyard dollarlıq silah paketini, eləcə də Vaşinqtonun sonradan Ukraynaya təhvil verilməsi üçün silah və hərbi texnika istehsalına 6 milyard dollar ayırmasını müzakirə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
50
Mənbələr
Şərh ()
Bağla