AZ

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

Aİ-nin Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətləri Rusiya təyyarələri üçün uçuşlara qadağaları gücləndirəcək. 

Valyuta.az xəbər verir ki, bu barədə Reuters agentliyi sənədə istinadən məlumat yayıb.

"Aİ-nin 14-cü sanksiyalar paketi təklifi Rusiya təyyarələrinə uçuş qadağasını gücləndirən tədbirləri ehtiva edir", - hesabatda aydınlıq gətirilib.

Bundan əlavə, Aİ-nin anti-Rusiya siyahısına 50-dən çox təşkilatın əlavə ediləcəyi məlum olub.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin anti-Rusiya sanksiyalarından danışıb. Onun sözlərinə görə, Rusiya Federasiyasına qarşı “iqtisadi təcavüz” başlayıb. Rusiya lideri ölkənin üzləşdiyi sonsuz sayda sanksiyaların Rusiyanı daxildən məhv etmək məqsədi daşıdığını vurğulayıb.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla