AZ

“Heç nə onun möhtəşəm sənət əsəri yaratmasına maneə deyil" - Musadan qol və məhsuldar ötürmə!

Musa Qurbanlının İsveç “Yurqorden”inin U-21 komandasında növbəti qolunu vurduğunu yazmışdıq.

Xatırladaq ki, millimizin hücumçusu “Degerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib. O, qalib gəldikləri görüşdə (4:2) bir qol və bir məhsuldar ötürmənin müəllifi olub.

22 yaşlı hücumçunun performansı İsveç mətbuatının da diqqətindən yayınmayıb. "Fotbolldrekt.se" saytı start heyətində meydana çıxıb sonadək top qovan futbolçu haqda bunları yazıb:

"Musa Qurbanlı "Yurqorden"də çətin günlər yaşayır. Amma heç nə onun möhtəşəm sənət əsəri yaratmasına maneə deyil. Yay "transfer pəncərəsi"ndə klubdan ayrılacağı deyilən hücumçu qol vurmaq ehtirasından qopmayıb. Futbolçu "Degerfors"a qarşı oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qaldı. Beləliklə, "Yurqorden"in onu "Qarabağ"dan almasına nəyin səbəb olduğunu sübut etdi".

Xatırladaq ki, Musa "Yurqorden"in U-21 komandasının heyətində Elit Liqa kubokunda "Norçepinq"əqarşı oyunda (1:1) da qol vurmuşdu. Üzücü məqam isə oyunçunun "Yurqorden"in heyətində meydana çıxdığı iki matçda cəmi 30 dəqiqə şans qazanmasıdı. Baxmayaraq ki, İsveç çempionatında artıq 7 tur geridə qalıb.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla