AZ

ABŞ Avropada böyük hərbi təlimlərə başladı

Birləşmiş Ştatlar Avropada "Astral Cəngavər 2024" böyük hava hücumundan müdafiə və raketdən müdafiə təlimlərinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq məlumat verib.

"Bu manevrlər ABŞ Müdafiə Nazirliyinin 2024-cü ildə genişmiqyaslı qlobal təliminin bir hissəsidir", - Sinq deyib.

Təlim mayın 6-da bazar ertəsi başlayıb və iki həftə davam edəcək. Onlara 50-dən çox təyyarə və digər uçuş aparatları, o cümlədən ABŞ, Böyük Britaniya, Latviya, Litva, Polşa və Estoniyadan 5 min hərbi qulluqçu cəlb olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq