AZ

İqlim dəyişikliyi və sülh uğrunda mübarizədə yeni model -COP29

Azərbaycanın COP29 ilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm “yaşıl enerji”nin inkişafı üçün mühüm vasitə olacaq, həm də beynəlxalq və regional sülhə böyük töhfələr verəcək

Respublikamızın müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir.  Ölkəmizin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bu mənada diqqətəlayiqdir. 1995-ci ildən başlayaraq hər il keçirilən bu konfransın məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Bu möhtəşəm tədbirlə bağlı ölkəmizə 10 minlərlə xarici nümayəndə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

Hazırda iqlim dəyişikliyi ilə bağlı məsələlər bütün ölkələrin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan qlobal istiləşmənin qarşısını almaq, səyləri inkişaf etdirmək, həmçinin bütün dünyada sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər. Prezidentin köməkçisi qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək: “Biz sülh gündəmini irəli aparmaq üçün çalışırıq. İqlim böhranı, ehtimal ki, ərzaq və su çatışmazlığını kəskinləşdirəcək, miqrasiyanı yüksəldə, dövlətlərə təzyiqi artıra və potensial olaraq sərhəd problemlərinə səbəb ola bilər. Təhlükəsizliyin bir çox elementi var və iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ya ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir”.

Dünyanın nüfuzlu nəşrlərində dərc olunan məqalələrdə göstərilir ki, COP29-un ekoloji konfransının təşkilatçıları ümid edirlər ki, ekoloji problemlər üzrə əməkdaşlıq qlobal gərginliyi azaltmağa kömək edəcək. Məsələn, Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşrində dərc edilən məqalədə bildirilir ki, builki COP29 BMT-nin iqlim sammiti təşkilatçılar tərəfindən tərtib edilmiş planlara uyğun olaraq, iqlim dəyişikliyi nəticəsində yarana biləcək gələcək münaqişələrin qarşısının alınmasına və mövcud gərginliyi azaltmaq üçün ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlıqdan istifadəyə diqqət yetirən ilk “Sülh COP-u” olacaq.

Məqalədə, həmçinin bildirilir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 zamanı dünya ölkələrindən Yay və Qış Olimpiya Oyunlarında olduğu kimi, bütün hərbi əməliyyatların dayandırmaq və barışığa riayət etmək tələb oluna bilər. Belə ki, tədbir iki böyük müharibənin - Ukrayna və Qəzza zolağındakı münaqişənin tüğyan etdiyi və geosiyasi gərginliyi daha da artırdığı bir vaxtda keçiriləcək. 196 hökuməti bir araya gətirəcəyi gözlənilən iqlim sammitdə qlobal istiləşmə ilə bağlı təcili həll zərurətini hiss edən ölkələr arasında ümumi dil tapılarsa, bu, sülhün mühərrikinə çevrilə bilər.

Həmçinin o da diqqətə çatdırılıb ki, bu yaxınlara qədər Azərbaycan qonşu Ermənistanla 30 ilə yaxındır davam edən münaqişə şəraitində olub. Qeyd edilib ki, keçən ilin dekabrında Dubayda keçirilən COP28 iqlim sammitində Ermənistan Azərbaycanın bu il iqlim konfransına ev sahibliyi etmək kampaniyasını dəstəkləyib ki, bu da iki uzunmüddətli antaqonist tərəf arasında ilk beynəlxalq dəstək jesti olub.

Göründüyü kimi, Azərbaycanın COP29 ilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm “yaşıl enerji”in inkişafı üçün mühüm vasitə olacaq, həm də beynəlxalq və regional sülhə böyük töhfələr verəcək.

Zahid Rza, İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11658
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8508
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7547
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2224
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1927
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1831
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1702
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1416
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1062
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
838
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
702
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
492
Arda Gülər dayanmır, yenə fərqləndi -
449
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
347
Arda dubl etdi - VİDEO
343
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
343
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
340