AZ

Si Cinpin Fransadan bu ölkəyə getdi

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqrad hava limanında Çin Xalq Respublikasının sədri Si Cinpini təntənəli şəkildə qarşılayıb.

Publika.az xəbər verir ki, bu barədə "Tanjuq" agentliyi məlumat yayıb.

Fransadan gələn Si Cinpinin başçılıq etdiyi Çin nümayəndə heyətinin təntənəli qəbulu mayın 8-də Belqradda planlaşdırılır.

Çin Xalq Respublikasının sədri mayın 7-8-də dövlət səfəri ilə ölkədə olacaq. Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, Serbiyaya bu səfər səkkiz ildən sonra ilk olacaq və Çin-Serbiya münasibətlərinin yaxşılaşdırılması və yenilənməsi istiqamətində mühüm mərhələ olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
Mənbələr
Şərh ()
Bağla