AZ

Balıqçılar heyrətdə: tora görün nə düşdü

ABŞ-da balıqçı iki gündə 91 kiloluq tısbağa və 85 kiloluq durna balığı tutub.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" yazıb.

Dünya və milli balıqçılıq rekordçusu Art Veston və peşəkar balıqçılıq bələdçisi kapitan Kirk Kirkland Sam Reybern gölündə nadir timsah tısbağası tutub. Daha sonra onlar 91 kiloqramlıq heyvanı qorunan növ olduğu üçün suya buraxıblar.

Kirkland vurğulayıb ki, timsah tısbağaları ilə diqqətli olmaq lazımdır: “Bu sürünən barmaqlarınızı asanlıqla dişləyə bilər. Tısbağa uzun müddət ərzində mənim hərəkətlərimi izləyirdi və ağzını açıq saxlayırdı, əgər səhv hərəkət etsəm, vurmağa hazır idi", - kapitan vurğulayıb.

Ertəsi gün Kirkland və Veston həmin göldə 85,3 kiloqram ağırlığında durna balığı da tutublar. Balığın şəklini çəkdikdən sonra onu gölə buraxan balıqçılar yeni dünya rekordunu qeydə almaq üçün aidiyyatı qurumlara müraciət ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50
Mənbələr
Şərh ()
Bağla