AZ

İşə qəbul zamanı yaş vacibdir, yoxsa TƏCRÜBƏ? - VİDEO

İşə qəbul zamanı yaş vacibdir, yoxsa TƏCRÜBƏ? - VİDEO

Nə universiteti bitirən gənclər iş tapa bilir, nə də yaşı 40-dan çox olanlar. Gün ərzində müxtəlif vəzifələrdə işə qəbulla bağlı elanlar paylaşılır. Bu paylaşımlarda xüsusi olaraq yaş həddi və iş təcrübəsi tələb olunur. Son illər rastlaşdığımız vakansiyalar arasında əsasən 25-35 yaş aralığında tələbini görmək mümkündür.

Sonxeber.az xəbər verir ki, Vətəndaşlarda "Xəzər Xəbər"ə tez-tez bu hallar ilə qarşılaşdıqlarını bildiriblər:

"Biz universiteti 4 il oxuyuruq. Bitirdikdən sonra iş axtarırıq. İş axtaranda hara yaxınlaşsaq, deyirlər ki, ən azı 3 il stajın olsun. Əgər mən universiteti bitirmişəmsə, yeni məzun olmuşamsa necə ən azı bir yerdə 3 il stajım ola bilər. Burada yaş daha çox ön planda tutulur. İlk işə qəbul vaxtı yaş soruşurlar. Çünki, təcrübəni yaş ilə əlaqələndirirlər. Mən düşünürəm ki, insanların yaşından asılı olmayaraq, bir çox təcrübələr əldə etmək mümkündür".

Bəs işə qəbul zamanı hansı daha vacibdir: yaş yoxsa təcrübə?

İnsanlar resursları üzrə mütəxəssis Röyal Əhmədov deyib ki, tələb olunan bu qaydalar işsizliyin artmasına səbəb olan amillərdir. Onun sözlərinə görə, xüsusilə özəl sektorlar daha çox gənc kadrları işə götürməkdə maraqlıdır:

"İnzibati vakansiyalarda əsas yaş deyil, təcrübədir. Məsələn mühasibatlıq yaxud insan resursları üzrə bir vakansiya elan edilirsə, orada gənc kadrları təcrübəçi olaraq, asistent kimi dəvət etməkləri doğru situasiyadır. Amma birbaşa olaraq mütəxəssis dəvət edərkən gənc kadrlara üstünlük vermək prestijli deyil. Onlar yeniliyə açıq olur və gənc kadrlara təcrübələrini yaxud şəxsi keyfiyyətlərini artırmaq daha məqsədəuyğundur ".

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla