AZ

Paşinyanın bu sözləri diqqət çəkdi: daha öncə Əliyev demişdi

Paşinyanın bu sözləri diqqət çəkdi: daha öncə Əliyev demişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

N.Paşinyanın bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı dediyi fikirlərin və sülh müqaviləsi ilə bağlı təklifin qəbulu kimi başa düşmək olar.

Belə ki, ölkə başçısı çıxışı zamanı bildirib: "COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır".
Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini vurğulayıb. Prezident İlham Əliyev də bir müddət öncə qeyd etmişdi ki, Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib, əgər İrəvan da razılaşsa, görüş reallaşa bilər.

Prinsip etibarilə yekun sülh müqaviləsinin imzalanması üçün hələ tezdir. Lakin ən azından ilkin sülh müqaviləsinin imzalana bilər. Hazırda iki ölkə arasında razılaşdırılan məqamlar var və danışıqlar masasındakı sülh sənədi hazırkı halı ilə çərçivə sazişi kimi imzalana bilər.

Almatıda çərçivə sazişi imzalanmayacaq, lakin imzalanacağı tarix və bir sıra müddəaları müzakirə ediləcək. Bakının da görüşdən gözləntisi pozitivdir.

Çərçivə sazişi noyabr ayına kimi, yəni COP29-a qədər imzalanarsa, bu, həm də Ermənistan rəsmilərinin Bakıda iştirakını mümkün edər. (Globalinfo)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8165
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7122
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1220
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1203
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1171
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1162
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
691
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
476
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
339
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
334
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
317
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
307
Arda Gülər dayanmır, yenə fərqləndi -
237
Arda dubl etdi - VİDEO
234
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
211
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
165
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
165
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
156
“Mançester Siti” İngiltərə çempionu olub
152