AZ

İspaniyada uşaqlar üçün pulsuz bilet paylanacaq – Korrida yarışları üçün

İspaniyada korrida yarışlarına uşaqlar üçün pulsuz biletlər veriləcək.

KONKRET.az xəbər verir ki, Sevilyada korrida – öküz döyüşlərinə səkkiz yaşından kiçik uşaqlara pulsuz bilet təklif ediləcək. Bu təklif ölkədə mübahisəli ispan ənənəsi ilə bağlı milli müzakirələri daha da qızışdırıb.

Məqsəd budur ki, öküzlərin iştirak etdiyi döyüşləri uşaqlar daha yaxındn izləməklə milli ənənnələrə sadiq qalsınlar.

Qeyd edək ki, korridanın ləğv edilməsinin qızğın tərəfdarı İspaniya Baytarlar Assosiasiyasına rəhbərlik edən Xose Enrike Zaldivar deyib ki, uşaqları cəlb etmək azalan auditoriyanı geri qaytarmaq cəhdidir:

“Biz hesab edirik ki, gənc uşaqların bu şoulara getməsinə icazə verilməsi düzgün deyil, çünki heyvanların əziyyət çəkdiyini izləmək uşaqlara psixoloji cəhətdən zərər verə bilər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla