AZ

İsrail ordusu Misirlə sərhəddəkı sərhəd qapısını tutdu, ABŞ generalı təcili Qahirəyə gəldi - "Qəzzada atəşkəs mütlıq olmaldır"

İsrailin Misirlə sərhəddəki Refah qapısını ələ keçiribbayraqlarını taxmasından dərhal sonra ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla və onu müşayiət edən nümayəndə heyəti ilə təcili Qahirəyə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, general Qahirədə Misirin müdafiə naziri Məhəmməd Zəki ilə görüşüb.

Görüşdə müzakirə olunan məsələlər haqda danışan Misir Ordusunun sözçüsü Karib Abdülhafez bildirib ki, müdafiə naziri Zeki generalı Qəzzada atəşkəsin təmini üçün təsir güclərindən istifadə etməyə çağırıb: "Nazir həmçinin Rəfah Sərhəd Qapısında baş verənləri generalla müzakirə edib, yardım axşına maneənin aradan qaldırılmasını tələb edib".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla