AZ

Misirdən Qəzzadakı atəşkəs barədə açıqlama

Misirdən Qəzzadakı atəşkəs barədə açıqlama



 09:45 08.05.2024     199

Misirin müdafiə naziri Məhəmməd Zəki Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsin əldə edilməsinin vacib olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Misir Ordusunun sözçüsü Qərib Əbdülhafezin açıqlamasına görə, müdafiə naziri Zeki ölkəsinə səfər edən ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Erik Kurilla və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı beynəlxalq və regional hadisələr, xüsusilə Qəzza zolağındakı böhran fonunda ortaq əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Misirin müdafiə naziri Zəki Qəzzada humanitar böhranın aradan qaldırılması üçün Rəfah Sərhəd Qapısından yardımların daxil olmasının gücləndirilməsi lazım olduğunu bildirib.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla