AZ

"Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetişdiyi ən böyük şəxsiyyətlərdən biridir" - Emil Əkbərov

"Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetişdiyi ən böyük şəxsiyyətlərdən biridir" - Emil Əkbərov

"Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət olub".

Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib.

Emil Əkbərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir:

"Ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər Heydər Əliyev ömrünün sonuna qədər müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün fədakarlıqla çalışıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlətimizi zamanın ağır və sərt sınaqlarından çıxara bilib. Ən önəmlisi isə, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə "Heydər Əliyev dövrü" kimi əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyev xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi güclü, dərin və universal biliyə, qətiyyətə, qeyri-adi yaddaşa, tükənməz səbirə, uzaqgörənliyə və müdrikliyə sahib idi.

Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə onun gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. Dövlətinin, xalqının gələcəyini düşünən rəhbər hər zaman inkişaf konsepsiyasını elə hədəflər üzərində qurur ki, davamlı inkişaf qaçılmaz olur. Zamanında Ulu Öndər bu nümunəni nümayiş etdirdi".

Emil Əkbərov qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın qarşısında geniş imkanlar açdı:

"Ümummilli lider Heydər Əliyev hazırladığı iqtisadi strategiyası ilə Azərbaycanı müstəqilliyinin yenidən bərpasının ilk illərinin çətinliklərindən, bəlalarından xilas etdi.Əlbəttə, müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb.

1993-2003-cü illərdə dövlətçilyimzin əsasları yaradıldı və bu günə qədər də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Emil Əkbərov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarmızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu söyləyib:

"Ümummilli liderin bu arzusu onun layiqli davamçısı, güclü sərkərdə, Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılıb. Ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu düşmənin belini qıraraq ərazi bütövlüyümüzü bərpa etdi. Üçrəngli bayrağımız Qarabağın döyünən ürəyi olan Şuşada, Kəlbəcərdə, Xankəndində və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanmaqdadır. Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi planları cənab Prezident İlham Əliyev uğurla həyata keçirməkdədir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8122
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7107
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1215
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1203
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1171
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1154
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
687
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
476
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
339
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
334
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
317
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
306
Arda Gülər dayanmır, yenə fərqləndi -
237
Arda dubl etdi - VİDEO
226
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
211
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
165
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
164
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
156
“Mançester Siti” İngiltərə çempionu olub
151