AZ

Paşinyanın delimitasiya ilə bağlı suala verdiyi cavab GÜNDƏM OLDU - ŞOK ETİRAF...

Ermənistanın Baş Naziri Nikol Paşinyan müxalifətin tələblərinə baxmayaraq Qazaxla sərhəddin delimitasiyanı dayandırmayacağını deyib.


Referans.az-ın erməni mətbuatına istinadən xəbərinə görə, Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında deyib ki, delimitasiyadan imtina müharibəyə səbəb olacaq və bu müharibə heç də qeyri-qanuni olmayacaq:


“Siz deyirsiz ki, bu gündən etibarən sərhədləri ayırmağa son qoyaq. Sonra nə olacaq? Bir şey, o da müharibə. Ermənistanın ətrafında təhlükəsizlik qarantiyaları sistemi işləmir. Bu şəraitdə ölkəmiz Türkiyə və Azərbaycanla düşmənçiliyə son qoymalıdır. Çünki ancaq belə bir razılaşma ölkənin təhlükəsizliyini təmin edə bilər”.


Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.


Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

 

Aqil Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla