AZ

Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir

Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər ictimaiyyətdə diqqət çəkib. Dəyişikliklərin mahiyyətini tam açmaq üçün Qanunda dəyişiklik aparılana qədər mövcud olmuş qaydaların yeni qaydalarla müqayisəli şəkildə təhlilinə ehtiyac duyulur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulurdu ki, qadınlar öz uşaqlarından əlavə övladlığa və ya qəyyumluğa uşaq götürüb, onları 8 yaşınadək tərbiyə edərlərsə və bu zaman uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olarsa, onlar yaşa görə pensiya hüququnu 5 il erkən əldə edə bilərlər.

Onun sözlərinə görə, qanunda həmin bəndlə bağlı edilən dəyişikliklə bundan sonra pensiyaya 5 il erkən çıxmaq hüququ o zaman yaranacaq ki, övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar olsun:

“Bu dəyişiklik qanunun verdiyi imkanlardan sui-istifadə hallarının aradan qaldırılması məqsədilə edilib. Belə ki, təcrübədə pensiyaya 5 il tez çıxmaq güzəştini əldə etmək məqsədilə bəzən valideyn himayəsində olan uşaqların övladlığa və ya qəyyumluğa götürülməsi hallarına rast gəlinirdi.

Bu istiqamətdə daha bir mütərəqqi dəyişiklik isə belədir: Qanuna görə, 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə (5 il öncə) pensiya təyinatı üçün onlardan həmin uşaqları 8 yaşınadək tərbiyə edib, böyütmək tələb olunurdu. Dəyişiklikdən sonra 5 və daha çox uşağı olan valideynlər üçün bu tələb tam aradan qaldırılır. Yeni qaydalarla bundan sonra belə valideynlərin güzəştli pensiya almaq üçün müraciət etmələrinə və ya pensiya təyin olunması üçün hər hansı bir sənəd təqdim etmələrinə ehtiyac qalmayacaq. Onlara elektron qaydada proaktiv pensiya, yəni vətəndaşın müraciəti olmadan pensiya təyin ediləcək”.

Fikrət Yusifov

Sabiq nazir deyib ki, “Əmək pensiyaları haqqında” Qanunda digər bir dəyişiklik isə əlilliyi müəyyən edilmiş uşaqlarla bağlıdır:

“Qanunla əlil uşağını 8 yaşınadək tərbiyə etmiş şəxslərin yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var idi. Edilən dəyişiklikdən sonra əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ veriləcək.

Qanunda edilən daha bir dəyişiklik isə atalar üçün yeni güzəşt müəyyənləşdirir. Belə ki, əgər dəyişikliyə qədər ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və ya daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdisə, yeni qaydalarla həmin atalara bundan sonra növbəti nikaha daxil olduqları halda da bu hüquq şamil ediləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8988
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7557
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1368
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1355
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1334
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1317
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
786
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
558
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
396
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
382
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
342
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
338
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda dubl etdi - VİDEO
265
Arda Gülər dayanmır, yenə fərqləndi -
262
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
246
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
199
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
195
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
194