AZ

8 may – Beynəlxalq Talassemiya Günüdür 

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, bu xəstəliyə yoluxmaq mümkün deyil, çünki xəstəlik irsi ötürülür. Valideynlərdən uşağa gen vasitəsilə keçən irsi qan xəstəliyi olan talassemiya genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Talassemiya erkən təzahür etdiyi halda uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə səbəb olur. Bu dəyişikliklər kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və s. ola bilər. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.

 

Talassemiyanın ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Araşdırmalar zamanı müəyyən olunub ki, yad insanların evliliyindən doğulan uşaqların qüsurlu olma riski 2-4 faizdirsə, qohum evliliklərində 4-8 faizdir. Odur ki, 1 iyun 2015-ci ildən Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunur və müayinə olunanların hər birinə həkim tərəfindən tibbi-genetik məsləhət verilir.
 
Ölkəmizdə də son illərdə talassemiyanın müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi ölkəmizdə qan xəstəliyindən əziyyət çəkən insanların əsas müalicə yerinə çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla