AZ

AZAL-a hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə yazılan protokola bu tarixdə baxılacaq

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə mayın 17-də baxılacaq.

 

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 8 May 2024, 11:33   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
Mənbələr
Şərh ()
Bağla