AZ

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub - FOTO

Bu gün Naxçıvan Muxtar Respublikasında (MR) vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin ilk dəfə təntənəli andiçmə mərasimi keçirilir.

Qeyd edək ki, mayln 8-də ARVK və NMRVK-nın təşkilatçılığı ilə Naxçıvan MR-də “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir.

Tədbirdə Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ARVK-nın sədri Anar Bağırov, onun başçılıq etdiyi nümayəndə heyəti, Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan MR-in prokuroru Sənan Paşayev, Naxçıvan MR Ədliyyə nazirinin müavini və nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, eləcə də deputatlar, vəkillər, III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə və digər rəsmilər iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla