AZ

İsrail MN: "Kerem Əbu Səlim Sərhəd Qapısı yenidən açılacaq"

İsrail

İsrail 7 oktyabr 2023-cü ildən bəri hücuma məruz qalan Qəzza zolağının cənubundakı Rəfahdakı Kerem Əbu Səlim Sərhəd Qapısının humanitar yardımların girişi üçün yenidən açıldığını bəyan edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Bildirilib ki, humanitar yardım daşıyan yük maşınlarının artıq Misirdən Kerem Əbu Səlim Sərhəd Qapısına gəlməsinə şərait yaradılıb.

İsrail ordusu mayın 5-də həmin qapını bağlamışdı.

E.ARAZ
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla