AZ

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Fikrət

Bak, 8 may, AZƏRTAC

"Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır. Bir il öncə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə buz meydançasının açılışı olub".

AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov körlinq idman bölməsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, gələcəkdə qış idman növlərinin Azərbaycanda populyarlıq qazanacağına inandığını bildirib: "Hər kəsi körlinq idman növü ilə məşğul olmağa dəvət edirik. İnkişaf üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, ölkəmizdə yeni xokkey komandası da yaradıldı. Hətta bu yaxınlarda Rusiya təmsilçisi ilə yoldaşlıq görüşü keçirdilər. Sevindirici hal odur ki, qalib gəldik. Onları da buradan təbrik edirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla