AZ

Flik "Bavariya"ya qayıtmağa hazırdır

Hans-Diter Flik "Bavariya"ya qayıda bilər.

90deqiqe.Az xəbər verir ki,  59 yaşlı mütəxəssis “Bavariya”ya qayıtmağa açıqdır. Münhen klubu Flik üçün çox şey deməkdir, ona görə də o, bu qərarı verib.

Bundan əlavə, Hans-Diterin qapıçılar üzrə məşqçisi və klubda köməkçisi olmuş Toni Tapaloviç Fliklə birlikdə “Bavariya”ya qayıda bilər. Hazırkı qapıçılar üzrə məşqçi Mixael Reçner Tapaloviçin gəlişindən asılı olmayaraq “Bavariya”dakı mövqeyini qoruyacaq.

Xatırladaq ki, Hans-Diter Flik 2019-2021-ci illərdə “Bavariya”nı çalışdırıb. Onun rəhbərliyi altında Münhen komandası iki dəfə Bundesliqanın qalibi olmaqla yanaşı, Almaniya kuboku, Almaniya Superkuboku, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı və Çempionlar Liqasında da qələbələr qazanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla