AZ

Azərbaycan-Slovakiya münasibətləri sürətlə inkişaf etməkdədir

Milli Məclisin deputatı Ceyhun Məmmədov
Azərbaycan-Slovakiya münasibətləri hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir.
Azərbaycan Slovakiya münasibətlərinin inkişafı hər iki ölkə üçün əhəmiyyətlidir.
İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf etməyib.  Düşünürəm ki, bundan sonar Azərbaycanla Slovakiya arasında siyasi əməkdaşlıqla bərabər, iqtisadi əməkdaşlıq da genişləndirilməlidir. Azərbaycan hazırda Avropanın enerji təchizatında, dolayısıyla Slovakiyanın enerji təchizatında önəmli rol oynayır. Azərbaycanın Slovakiya ilə əməkdaşlığı həm Slovakiyanın enerji təhlükəsizliyi, həm də Aİ-nin Azərbaycanla bağlı qərarları üçün əhəmiyyətlidir.
Slovakiya Respublikasının Baş naziri Robert Fitsonla görüş zamanı cənab prezidentin də söylədiyi kimi, əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlardakı görülən işlərlə bağlıdır. Belə ki, Slovakiya şirkətləri işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında fəaliyyətlərini göstərəcklər. Slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər hər birimizi, eləcə də o ərazilərə qayıdacaq olan insanlarımızı sevindirəcək.
Düşünürəm ki, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri, bundan sonra ikitərəfli münasibətlərimizin inkişafında böyük rol oynayacaq..

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
5
Mənbələr
Şərh ()
Bağla