AZ

"Slovakiyanın Qərvənd kəndinin bərpasında iştirakı dostluğumuzun bariz nümunəsidir" - Deputat

Xəbər verdiyimiz kimi, ötən gün Slovakiyanın Baş naziri Robert Fitso ölkəmizdə səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara başlanılıb. Ölkə başçısı bildirib ki, Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur.

Ağdamın işğaldan azad edilmiş Qərvənd kəndinin yenidən qurulması da Slovakiya şirkəti tərəfindən icra ediləcək.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Slovakiyanın Baş nazirinin ölkəmizə səfəri, azad olunmuş ərazilərdə quruculuq işlərində görüləcək dəstək haqqında Redaktor.az-a danışdı.

Millət vəkili dedi ki, Azərbaycanın beynəlxalq aləmdə apardığı dostluq, əməkdaşlıq və planet üçün ümumi olan problemlərin həllində ümumi səylərin göstərilməsi siyasəti onun nüfuzunu daim artırır:

"Bu qəbildən də, biz vaxtaşırı xarici ölkə rəhbərlərinin Azərbaycana səfərlərini, onların tək energetika ilə deyil, digər məsələlər üzrə əməkdaşlıq təkliflərini eşidirik. Slovakiya ilə Azərbaycan arasında son dövrdə hərtərəfli əməkdaşlıq fəaliyyəti genişlənir. Slovakiya hökumət rəhbərinin Azərbaycana səfəri də bu əməkdaşlığın daha da dərinləşməsini göstərir. Hər iki tərəf əməkdaşlığa, birgə fəaliyyətdə maraqlıdırlar. Əlbəttə, Azərbaycan çıxartdığı qazın müəyyən bir hissəsini Slovakiyaya satmağa hazırdır. Bu məsələdə artıq ümumi razılıq əldə edilibdir. Slovakiya şirkətinin işğaldan azad olunan ərazilərdə bir kəndin bərpa edilməsində iştirakını da, iki ölkə arasında dostluğun bariz nümunəsi kimi qiymətləndirmək olar".

Humay İSGƏNDƏRLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
362
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
358
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
322
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
321
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
292
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
289
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
133
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
117
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
117
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
103
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
101
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
79
Urmu şəhərində məscidin qapı və pəncərələri oğurlanıb
76
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
72
Arda dubl etdi - VİDEO
66
Azay Quliyev: “Azərbaycan açıq məktubla Minsk qrupundan çıxdığını bəyan etməlidir”
57
Konqoda üsyançıların lideri öldürülüb
43
Arda Gülər dayanmır, yenə fərqləndi -
42
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
40
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
38