AZ

Aleks De Souza Super Liqa klubu ilə anlaşdı

Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" sabiq “Fənərbaxça”lı Aleks de Souza ilə prinsipial razılaşma əldə edib.

Apasport.az Türkiyə mətuatına istinadən xəbər verir ki, baş məşqçi olmağa hazırlaşan braziliyalının hətta köməkçisi də bəlli olub. 

Məlumata görə, Aleksin keçmiş komanda yoldaşı Mehmet Aurelio onun köməkçisi təyin edilib. 

Məşqçilik karyerasına 2021-ci ildə Sao Paulo - U20 komandasında başlayan Aleks de Souza əsas komandada ilk dəfə baş məşqçi təcrübəsini 2023-cü ildə "Avai"də keçirib.

Qeyd edək ki, futbolçu karyerası ərzində 8 il “Fənərbaxça”da çıxış edən braziliyalı "sarı-göylülər"in heyətində 3 Super Liqa, 1 Türkiyə Kuboku və 2 Türkiyə Super Kubokunun qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla