AZ

Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız - Vətən Naminə

">

Bugün Xətai rayonunda Azərbaycanın milli qəhrəmanı İlqar Mirzəyev adına 98 saylı tam orta məktəbdə şəhid qəhrəmanımızın doğum günü qeyd olundu.Tədbirdə Xətai rayonu İcra Hakimiyyətinin başçısı Rafiq müəllim, İcra Hakimiyyətinin nümayəndələri rayonun vəzifəli şəxsləri,ictimai xadimlər şəhidimizin yaxınları xidmət yoldaşları iştirak edirdilər. Tədbirə giriş sözü ilə məktəbin direktoru Yeganə xanım Məhərrəmova açığ elan etdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Rafiq müəllim Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının şəhidlərimizə göstərdiyi qayğıdan və Xətai rayonunda cənab prezidentin apardığı uğurlu siyasətin inamla davam etdirməsini vurğulayaraq İlqar Mirzəyevin göstərdiyi qəhrəmamlığdan gənclərin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynadığını bildirdi. Şəhidimizin qardaşı palkovnik Əsədullayev Rəfail çıxışında general Həşimovun və Mirzəyevin şəhidlik zirvəsinı ucalmasından onların Azərbaycan xalqında torpaqlarımızın işğaldan azad etmək istəyini artırdı, xalqda birlik hisslərinin oyatmasını qeyd etdi.Məktəbin şagirdləri xüsusi proqramlarla çıxış etdilər.Şəhid palkovnik Mirzəyev İlqar 8 may 1973 ci ildə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olub 1990 cı ilin qanlı yanvar hadisəsi İlqara ciddi təsir etmişdir. Bu hadisə onu zabit peşəsini seçməyə təkan verdi. 1991 ci ildə o Bakı Ali Birləşmiş Komandalar məktəbinə qəbul oldu və Ali məktəbi artireliya ixtisası üzrə bitirərək leytinat hərbi rütbəsi verildi. Xidmət illəri əsasən cəbhə xətdində keçmiş nümunəvi xidməti və savadı ilə hərbiçilər arasında böyük hörmət qazanmışdır.Şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
Mənbələr
Şərh ()
Bağla