AZ

Bakıda "Prius" qadını keçiddə vurub öldürdü - VİDEO

Mayın 6-sı, saat 16:20 radələrində paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 77-XU-202 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobilin sürücüsü 1984-cü ilə təvəllüdlü Həsənov Orxan Aydın oğlu piyada keçidindən yolu keçməkdə olan 1953-cü il təvəllüdlü Həsənova Xoşqədəm Niftalı qızını vurub. Hadisə nəticəsində piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, həyatını itirib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə anının görüntülərini təqdim edirik:

Leyla

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla