AZ

I sinfə qəbul üçün müsahibələr davam edir...

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.

 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata əsasən müsahibə üçün müraciət edən valideynlərin övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.

 

Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün 12 iyun tarixindən həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibə nəticəsi məqbul olmayan uşaqlar üçün valideynlər Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

 

Paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 3 mərkəzdə 12 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir.

 

Müsahibə zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Eləcə də müsahibədə valideynin iştirakı təmin olunur.

 

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və digər struktur bölmə rəhbərləri tərəfindən  müsahibənin gedişi yaxından izlənilir, müsahibə komissiyalarının fəaliyyəti üçün yaradılan şəraitə baxış keçirilir,  valideyn məmnunluğu və şəffaflığın qorunması istiqamətində görülmüş işlərlə bağlı tövsiyələr verilir.

 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibələr 7-30 may tarixlərini əhatə edir. Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri 12 iyun-13 sentyabr 2024-cü il tarixlərində məktəb və müəllim seçimi edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15085
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11648
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9426
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3376
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2718
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2669
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2511
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2251
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1916
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1792
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1273
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
901
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
873
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
857
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
813
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
795
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
752
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Mayın ilk gününün havası açıqlanıb
699