AZ

Dönərdən niyə zəhərlənirik? - Ekspertlərin RƏYİ

Ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə qeydə alınıb. Son məlumata görə, zəhərlənənlərin sayı 40-a çatıb. Həmçinin zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir. Vətəndaşların toyuq ətindən zəhərləndiyi bildirilir.

Maraqlı məqam budur ki, Azərbaycanda 2006-ci ildən toyuq dönərinin satışı qadağan olunub. Lakin bu qadağaya baxmayaraq, toyuq dönəri satanların sayı hər il artmaqdadır. Toyuq dönəri satanlarla yanaşı, bu dönərə tələbat da getdikcə artır. Halbuki toyuq əti riskli quş əti siyahısına daxildir. Bu ətdən hazırlanan dönərin qida zəhərlənmələrinə daha çox səbəb olması mümkündür. Çünki dönər üçün ət təzə olmalı, mənfi 40 dərəcə olmaqla şok dondurmadan keçirilib, bükülüb, xüsusi avtomobillər vasitəsilə dönərxanalara çatdırılmalıdır. Mənfi 40 dərəcə şok verən, xüsusi formada dönər ətlərini hazırlayan avadanlıqlar isə kifayət qədər bahadır.

Eyyub Hüseynov: Dönərxanalarda problem quş ətindən hazırlanan dönərlərlə bağlıdır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uzun illərdir Azərbaycanda qida zəhərlənmələri gizlədilir:

“Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) saytına baxsaq, ölkəmiz qida zəhərlənmələrindən az əziyyət çəkən ölkə kimi qələmə verilib. Halbuki qidalarımız heç də təhlükəsiz deyil”.

Ölkədə yaşanan qida problemlərinin günahını AQTA-da görən E.Hüseynova görə, bir çox hallarda sözügedən qurum qida zəhərlənməsinin üstünü örtməyə çalışır:

“AQTA yarananda düşünürdük ki, qida problemləri həll olunacaq. Təəssüf ki, gözləntilər özünü doğrultmadı.

AQTA-nın mühüm çatışmayan cəhəti sertifikat anlayışının olmamasıdır. Qidada istifadə olunan məhsullarla bağlı sertifikat olmadığına görə istehlakçıya hər hansısa məlumat verilmir. Sadəcə olaraq AQTA dövlət büdcəsinə kiçik məbləğ keçirərək istehsalçı müəssisələri reyestrə salır və guya nəzarət işi aparır. Digər nöqsan qanundakı boşluqlarla bağlıdır. AQTA-nın istənilən yerə cəld müdaxilə etmək səlahiyyəti yoxdur. Ona görə də AQTA-nın əsasnaməsində dəyişiklik edilməlidir. Yoxlama üçün gərək üç gün öncədən Ədliyyə Nazirliyinə məlumat verilsin. Belə bir idarəetmədə qida zəhərlənmələrinin çox olması gözləniləndir".

AİB sədri hesab edir ki, Zaqataladakı kütləvi zəhərlənmə xammalla bağlıdır. Onun sözlərinə görə, dönərxanalar malı eyni yerdən götürüblər:

“Malı götürdükləri yerdə sanitar-gigiyenik normalara əməl olunmaması istehlakçıların zəhərlənməsinə yol açıb. Dönərxanalarda problem daha çox quş ətindən hazırlanan dönərlərlə bağlıdır. Söhbət təkcə ətdən deyil, dönərə vurulan digər inqridentlərdən də gedir. Dönərə vurulan mayonezlərin ağzı açılandan sonra saxlama müddəti 4 saatdan artıq deyil. Lakin dönərxanalarda mayonez açıq şəkildə saxlanılır və harada hazırlandığı naməlumdur. Eyni zamanda mayonezi isti şəraitdə saxlayırlar ki, bu da nəticədə qida zəhərlənməsinə səbəb ola bilər. Dönər elə bir məhsuldur ki, onu dünəndən sabaha saxlamaq olmaz. Zaqataladakı zəhərlənmənin isə məhz toyuq ətindən baş verdiyini güman edirəm".

Məhsəti Hüseynova: Ayaqüstü yeməklərin tərkibində vitamin və qidalılıq dəyəri yoxdur

Son dövrlər dönərdən zəhərlənmə hallarının artmaqda davam etdiyini bildirən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, bu cür zəhərlənmələr azyaşlı uşaqlarda daha ağır nəticələrə səbəb olur.

Onun sözlərinə görə, dönər üçün istifadə olunan qida məhsullarının, xüsusən də ətin keyfiyyətsiz və ucuz olması zəhərlənməyə yol açır. Bundan başqa, ətin saxlanma şəraiti də vacibdir. Ət yüksək temperaturda saxlananda tərkibindəki bakteriyalar və mikroorqanizmlər çoxalır:

"Dönərlərin hazırlanmasında dadlandırıcı kimi bir çox kimyəvi maddələrdən, xüsusən də "natrium qlutamat" kimyəvi maddəsindən istifadə olunur. El arasında “Çin duzu” kimi tanınan bu maddə qida dadlı olmasa belə, insanda asılılıq yaradır. Bu asılılıq 25 yaşa yaxın olan insanlarda daha çox müşahidə olunur. Eyni zamanda dönərin yanında istifadə olunan ketçup və sousların istehsal tarixi məlum olmur. Bu qidaların düzgün şəraitdə saxlanmaması da zəhərlənməyə səbəb ola bilir".

M.Hüseynova vurğulayıb ki, ayaqüstü yeməklərin tərkibində vitamin və qidalılıq dəyəri yoxdur. Ona görə də bu qidalardan çox istifadə edilməsi inkişaf prosesinin düzgün getməməsinə yol açır. Dönərin düzgün hazırlanmaması fonunda bağırsaq mikroflorası pozulur. Ona görə də bəzi insanlarda qidadan dərhal sonra ağırlıq, qarın boşluğunda ağrı, şişkinlik, ishal və ya qəbzlik halları yaşanır.

Qeyd edək ki, Azərbaycanda 15 mindən çox dönərxana fəaliyyət göstərir.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9080
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7609
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1400
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1370
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1346
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1331
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
795
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
567
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
400
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
392
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
373
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
352
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda dubl etdi - VİDEO
273
Arda Gülər dayanmır, yenə fərqləndi -
262
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
250
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
200
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
196
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
195