AZ

“Eldar Qasımov, bu işi bacarmırsan” – İstefaya çağırış

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsində ikinci yarımfinalda iştirak edəcək ölkələrin adları açıqlanıb.

Yenisabah.az xəbər verir ki, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada “Özünlə apar” mahnısını ifa edən təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov finala çıxa bilməyiblər.

Jurnalist İsa Şükürov bu çıxışa görə Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovu sərt şəkildə tənqid edib.

O, Eldarı istefaya səsləyib:

“Eldar Qasımov, sən bu işi bacarmırsan! Utan! Rəqiblərimiz olduqca güclü idi, ifaçılarımıza söz yoxdur, amma belə başa düşülür ki, bizim təşkilatçılar düzgün iş qurmur. Artıq ikinci ildir ki, uğursuzuq. Azərbaycan finala keçmədi. Eldar Qasımov, əzizim, deməli, bu işi bacarmırsan. Keçən il Turan, Tural qardaşları ilə bərbad çıxış oldu, bu il də bu səhnə. Baxardın da rəqiblər nə şoular, nə səhnələr qurub! Sənin rəhbərliyin altında qurulan səhnə bərbaddır!”

Yarışmadan sonra Eldar Qasımovun sosial şəbəkə hesablarına axın olub, yüzlərlə izləyici onun postlarına şərh yazaraq istefasını tələb edib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla