AZ

Birtərəfli yola “protiv” girən“Mercedes” sürücüsü xaos yaratdı- VİDEO

Paytaxtın Suraxanı rayonunda kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 7-də saat 11:55 radələrində qeydə alınıb. Belə ki, 99-BH-161 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əks istiqamətli yolda axına qarşı hərəkət edir. Bu zaman digər nəqliyyat vasitələrinə qəza riski yaradır və sürücüləri çaş-baş salır. Sürücülərdən biri siqnal verərək ona xəbərdarlıq edir. Bundan sonra qayda pozan sürücü avtomobili yol kənarında saxlayır və digər hərəkət iştirakçılarına yol verir. 
Qeyd edək ki, hadisənin qeydə alındığı küçədə bitərəfli yol nişanı mövcuddur. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla