AZ

Ruslar indi də motosikletlərlə hücuma keçir... - VİDEO

Ötən gün Rusiya-Ukrayna müharibəsi ilə bağı sosial şəbəkələrdə maraqlı bir video paylaşılıb.

"AzPolitika" xəbər verir ki, Donetskin Marinski qəsəbəsində lentə alınan kadrlarda Ukrayna mövqelərinə hücum edən rus hərbçilərinin motosikletlərdən istifadə etdikləri görünüb. Eyni videoda bu taktikanın uğursuz olduğu, həmin motosikletlərin də məhv edildiyi görünür.

Bu barədə “Forbes” jurnalının yazdığına görə, sürətli, manevr qabliyyəti olan bu cuz motosikletlər kəşfiyyatçıların döyüş meydanında hərəkət etməsi üçün effektiv üsul olsa da, təhlükəsizlik baxəmından o qədər də əlverişli deyil.

“Rusiya qoşunlarının problemi odur ki, xüsusi zirehli maşınlar və daha böyük mülki maşınlar olmadıqda, onlar müdafiəsiz motosikletlərinə minərək birbaşa Ukrayna mövqelərinə gedirlər”,- deyə nəşr qeyd edib.

Həmçinin bildirilir ki, rus ordusunda bu tip motosikletlərin olduğu 3 hücum briqadasından ikisi artıq məhv edilib.

“AzPolitika.info”


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla