AZ

Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO

"Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq".

Bu sözləri Ednews - a özəl açıqlamasında  Rusiya Prezidenti yanında Xarici Əlaqələr Şurasının üzvü Boqdan Bezpalko Paşinyanın Moskvaya baş tutacaq səfərini şərh edərkən söyləyib. 


"Əvvəla, Nikola Paşinyanın Rusiyaya səfəri təntənəli xarakter daşıyır. Bu, yenidən prezident postunu tutan və növbəti 6 il ərzində Avrasiyanın ən böyük dövlətinə rəhbərlik edəcək Rusiya liderinə hörmətin təzahürüdür.  Ermənistan postsovet məkanında Rusiya Müdafiə İnteqrasiya İttifaqının üzvüdür. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi və ya Daşkənd paktında da qeyd edilib. O, Aİ-nin, iqtisadi inteqrasiya birliyinin bir hissəsidir. Ermənistan bu ittifaqlardan çox asılıdır, çünki Nikol Paşinyan nə qədər cəsarətli olsa da, necə desə də, Rusiya bizi tərk etdi və biz yeni tərəfdaşlar axtarmalıyıq, əslində Ermənistana səmərəli yardım göstərə biləcək tərəfdaş yalnız və müstəsna olaraq Rusiyadır.  Ermənistan ərazisində Rusiyanın hərbi bazası var və bu, Cənubi Qafqazın bütün ərazisini sabitləşdirmək üçün güclü arqumentdir. Amma eyni zamanda, tam haqlı olaraq deyə bilərik ki, Nikol Paşinyan Ermənistanı Qərbə doğru aparır".

Siyasətçi gündəmdə olan Ermənistanın - Aİ - yə inteqrasiya mövzusuna da toxunub:

"Hazırda gündəmdə olan Avropaya inteqrasiya məsələsi, çox güman ki, yaxın illərdə maksimum səviyyədə Ermənistan vətəndaşları üçün vizasız rejimin təmin olunması ilə ifadə olunacaq. Amma təbii ki, Ermənistanı Avropa Birliyinə qəbul etməyəcəklər. Çox güman ki, ticari əlaqələr üçün də heç bir imtiyaz təşkil etməyəcəklər. Və çalışacaqlar ki, Ermənistan iqtisadi cəhətdən Rusiyanın hesabına mövcud olsun, amma siyasi cəhətdən isə Qərbyönümlü. Ermənistan Avropa İttifaqı ölkələri ilə, başda Fransa ilə hərbi - əməkdaşlıq sahəsində bir sıra proqramlar həyata keçirir. Ola bilsin ki, Ermənistana az miqdarda texnika verilsin, şirkət və ya batalyon səviyyəsində birgə təlimlər keçirilsin.

Lakin Fransa və Ermənistan ciddi hərbi yardım göstərməyəcək, mən əminəm. Fransa çox güman ki, heç bir bahalı, avadanlıq ötürməyəcək. Hərçənd bunu kredit şəklində təşkil edə bilər. Bu da gec-tez ona gətirib çıxaracaq ki, Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq. Bunun nəyə gətirib çıxaracağını indidən söyləmək çətindir, amma ümumilikdə Cənubi Qafqazda sabitliyin pozulmasına, Türkiyənin və təbii ki, Azərbaycanın rolunun güclənməsinə gətirib çıxaracaq. Amma paradoksal olaraq bu, həm də Azərbaycanla Rusiyanın yaxınlaşmasına gətirib çıxaracaq".

Əkbər Novruz

 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla