AZ

Dünyanın ən zəngin ŞƏHƏRLƏRİ - 60 milyarder, 349 milyonçu...

Dünyanın ən zəngin şəhərləri siyahısına Nyu-York başçılıq edir.

Musavat.com “Zakon.kz”a istinadən xəbər verir ki, 2024-cü ildə Nyu-York “Henley & Partners”in versiyasına görə dünyanın ən zəngin şəhərlərinin reytinqində birinci yerdədir.

Analitiklərin fikrincə, Nyu-Yorkda 60 milyarder, 349 min milyonçu yaşayır.

Şəhərdə sakinlərin ümumi sərvəti üç trilyon dollardır.

Qeyd olunub ki, milyonçuların sayı 2013-cü ildən bəri 48% artıb.

Belə ki, hər 24-cü Nyu-York sakininin hesabında bir milyon dollar var. Sözün əsl mənasında Nyu-York milyonerlər şəhəri.

İkinci yerdə ABŞ-ın San-Fransisko şəhəri qərarlaşıb. İlk üçlüyü Yaponiyanın paytaxşı Tokio qapayır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
5
Mənbələr
Şərh ()
Bağla