AZ

Revanşist keşiş sərsəmlədi: “Qarabağa görə mübarizə aparmalıyıq“

Ermənistanda son günlərin əsas "qəhrəmanına" çevrilmiş keşiş Baqrat Srbazyan Çarençavanda başlayan yürüşdən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Revanşist jurnalistlərdən biri "Artsax" (Serparatçıların Qarabağa verdikləri qondarma ad-red.) səhifəsinin bağlanmaması üçün nə etmək lazımdır?" sualını verib. 

Radikal yepiskop isə "əqidə və inamla mübarizə aparmalıyıq” deyib.  O, hərbi və müxtəlif siyasi xadimlərinin bəzi bəyanatlarına da toxunub: “Bu adamlar istədiklərini söyləyir, yalan danışır və öz yalanlarına inanmağa başlayırlar”.

Baqrat yüksək rütbəli ruhanilərin təqib olunması ilə bağlı suala isə verib: “Sovet dövründə də təzyiqlər olub. Sovet İttifaqına nə oldu?

Hazırda “Vətən uğrunda Tavuş” hərəkatının yürüşü Çarentsavandan Abovyana doğru gedir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər. 

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla